"Mahir Emreli vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir"

“O, vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir. Nadir hallarda yaxşı oynayır”.

Presssport.az xəbər verir ki, bunu Xorvatiya mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında yazıb.

Zaqreb “Dinamo”sunda çıxış edən 27 yaşlı hücumçumuzun tənbəllik edərək az hallarda yaxşı oynadığı qeyd olunub: “O, hər səhər məşqini qaçırır. Daha qol vurmağı dayandırıb. Vaxtını əyləncəyə çox ayırır”.

Emreli isə bütün bunların yalan olduğunu deyib: “Bu, müsəlmanların spirtli içki istifadə etmədiyini bilməyən polyak jurnalistlərin uydurmasıdı. Hamı bilir ki, içmirəm və heç vaxt içməyəcəm. Axşamlar əsasən axşam yeməyinə çıxa bilirəm”.

Yazıda Mahirin keçmişdə qazandığı uğurlara da yer ayrılıb: “Qarabağ”da çıxış etdiyi zamanlarda yaxşı futbolçu olub. O, 185 oyunda 67 qol vurub və 24 məhsuldar ötürmə edib. Son klubu isə Polşa “Legiya”sı olub və orda 33 matçda 11 qol vurub”.

Xatırladaq ki, hazırda zədəsini müalicə etdirən Emrelinin “Dinamo”da az oynadığına görə gedişi gözlənilir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC