Portuqaliya mətbuatında "Qarabağ" və "Braqa" arasında Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü müzakirə edilib.
Presssport.az xəbər verir ki, Ağdam klubunun rəqibinin avrokuboklarda heç vaxt 2 və daha çox top fərqli məğlubiyyətdən sonra geridönüş edə bilmədiyi vurğulanıb: "Beləliklə, bu klub Avropa Liqasında 1/8 finala yüksəlmək istəsə, cümə axşamı Bakıda yeni hekayə yazmalı olacaq. "Braqa"nın 1-dən çox qolla uduzduğu ilk 12 matçın yekununda həmişə turniri tərk edib. Belə bir məğlubiyyət bu dəfə də oldu - evdə “Qarabağ” qeyri-adi hesabla qalib gələndə. Beləliklə, Artur Jorjenin komandası görünməmiş bir iş görməlidi. “Braqa” 5 dəfə baş verən öz meydanında 1-dən çox qolla uduzduqdan sonra cavab matçında yalnız 1 dəfə məğlub olmayıb. 2011/12 mövsümündə Avropa Liqasının 1/16 finalında "Beşiktaş"a 0:2 uduzmuşdu. İstanbulda 1:0 hesabı ilə də olsa, qalib gələ bilib".
Portuqaliyalı həmkarlarımız onu da qeyd ediblər ki, “Braqa”nın səfər qələbələri azdı: "Bu, 10 dəfədi. Portuqlaiya klubu cari mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Baçka Topola"nı hər iki görüşdə (3:0, 4:1) məğlub edib".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC