Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Presssport.az xəbər verir ki, XIV tur çərçivəsində baş tutan iki oyunda liderin ən yaxın izləyiciləri qələbə qazandılar.
UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” və UNEC üz-üzə gəlib. Oyun birincilərin inamlı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında GİN-nin Voleybol Mərkəzində “Abşeron” “Gəncə”ni qəbul edib. Gərgin keçən qarşılaşmada meydan sahibləri qələbəyə sevinib.
Qeyd edək ki, turun son qarşılaşması bu GİN-nin Voleybol Mərkəzində keçiriləcək. “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.
Beləliklə, “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:5, 25:12)
“Abşeron” - “Gəncə” 3:1 (25:17, 25:23, 23:25, 25:17)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC