Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib. Presssport.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, martda təşkil olunacaq yarışa maraq böyükdü. Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla Dünya Kubokunda 70 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Turnir 7-10 mart tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq. Qeyd edək ki, fevralın 23-25-də eyni məkanda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC