Sərxan Hacıyev UEFA nümayəndələri ilə görüşüb

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.

Presssport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seminarın açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüb. 

Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb. Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib. Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, seminar ümumilikdə 3 gün davam edəcək.

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC