"Sumqayıt" meydançaya gec daxil olduğu üçün cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:

17.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilir (maddə 51.2);

18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi ev sahibləri, meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün 1500 manat cərimə edilir (maddə 60.4);

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC