"Bakıda mərhələ keçməyə çox istəkliyik" - "Qarabağ"a qol vuran "Braqa"lı

“Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik. İlk oyunda məğlub olmuş"uq. Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik”. Presssport.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.

27 yaşlı hücumçu qol vurduğu ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: “Mümkünsüz heç nə yoxdur. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək".

Banza rəhbərliyin komandadan qələbə tələb etməsini belə şərh edib: "Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma buna motivasiya kimi baxırıq".

Xatırladaq ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC