"Qarabağ"ın məşqçisi portuqallara danışdı: "Gənclik xatirələrimiz bombalarla bağlıdı, indisə bizi bütün Avropa tanıyır"

"Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov Avropa Liqasının pley-off mərhələsinin Bakıda Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək cavab oyunu ərəfəsində Birinci Qarabağ müharibəsi zamanı yaşananlar baş verənlər haqda danışıb.

Presssport.az xəbər verir ki, “O Jogo”ya danışan 54 yaşlı veteran hücumçu Ağdamda dağıdılmış “İmarət" stadionundan da söz açıb: “Gəncliyimiz ağrılı keçdi, həzz ala bilmədik. Demək olar ki, bizdə o olmadı. Həmin dövrün xatirələri bombalar, münaqişələr və dağıdıldığı üçün artıq mövcud olmayan stadionumuzla əlaqəlidir. O zaman bizi əhatə edən, dəstək olan insanlar artıq dünyasını dəyişib. İndi hər şey yaxşıdır, amma biz o insanları unuda bilmərik. Komandamız işğal zamanı son ana qədər müqavimət göstərdi ki, şəhərin yarısı artıq Ağdamı tərk edib. Sadəcə, biz və əsgərlər orda qalmışdı. Qarabağın adının qorunub saxlanması üçün böyük ümid biz idik. Bu gün demək olar ki, bütün Avropa bizi tanıyır. Bu isə ən xoşbəxt hissdi”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC