"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında yeni rekordçu olub.
Presssport.az xəbər verir ki, polşalı futbolçu buna adıçəkilən turnirin 1/8 final mərhələsi çərçivəsində “Napoli” ilə səfər matçında (1:1) fərqlənərək nail olub.
Belə ki, Levandovski Avropanın ən nüfuzlu klubun turnirinin pley-off mərhələsində “Barselona”nın heyətində qol vuran ən yaşlı (35 yaş 184 gün) futbolçu olub.
Kataloniyalıların buna qədərki rekordçu 2021-ci ilin martında PSJ ilə matçda, 33 yaş 259 gün olarkən qol vuran Lionel Messi idi.
Xatırladaq ki, Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. 37 yaşlı Messi isə hazırda MLS-də “İnter Mayami”də çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC