"Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq".
Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç baş məşqçiləri Miodraq Bojoviç barədə danışarkən deyib.
33 yaşlı milliləşdirilən xorvatiyalı yarımmüdafiəçi Azərbaycan Kubokundakı şanslardan söz açıb: "Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdır. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündür".
Filip daha əvvəl oynadığı klublarda özünü tam göstərməyə çalışdığını vurğulayıb: "Azarkeşləri sevindirmək istəyirik. Mən, oyunçular və baş məşqçimiz əlimizdən gələni edəcəyik".
"Neftçi"nin futbolçusu martda Bakıda Moskva “Spartak”ına qarşı keçirəcəkləri yoldaşlıq görüşü ilə bağlı da danışıb: "Onlarla üz-üzə gəlmək xoşdur. Gənc yaşda Moskva təmsilçisində çıxış etmişəm. Bu klub həmişə həyatımda qalacaq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC