"Qarabağ"a çətin olacaq, amma mərhələni keçəcək" - Ozobiç

"Qarabağ"ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir. “Braqa” yaxşı komandadı, bu axşam çətin matç olacaq. Amma məncə, "Qarabağ" mərhələni keçəcək". Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç "Qarabağ"ın bu gün Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.

2018-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən yarımmmüdafiəçi hazırda "Neftçi"nin oyunçusu olduğunu və "ağ-qaralar"ın oyunlarına kökləndiyini söyləyib.

Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında "Qarabağ"dan "Neftçi"yə keçib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC