Ozobiç millimizin rəqiblərini dəyərləndirdi, Azərbaycan dilindən və himnindən danışdı

Azərbaycan millisinin də formasını geyinən "Neftçi"nin futbolçusu Filip Ozobiç dilimizi öyrənməyə çalışdığını, lakin hələ sərbəst şəkildə danışa bilmədiyini açıqlayıb.

Presssport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu haqda bu gün "Neftçi Arena"da təşkil olunan mətbuat konfransında danışıb: “Mənim üçün rus dilində danışmaq daha asandır. İlk vaxtlarda Azərbaycan dilini öyrənməyə çalışmadım, çünki gördüm ki, burda rusca danışan insanlar çoxluq təşkil edir. Lakin bu dildə bəzi sözləri bilirəm. Bu, əsasən futbo terminləridi. Himninizi, demək olar ki, oxumağı bacarıram. Amma bəzi sözləri deməkdə çətinlik çəkməyim normaldır”.

Ozobiç millimizin UEFA Millətlər Liqasındakı rəqiblərini də dəyərləndirib: “Qrupumuzdakı komandaların iddialı olduğu qənaətindəyəm. Hər biriylə əvvəllər də oynamışıq. Azərbaycan millisi getdikcə inkişaf edir. Düşünürəm ki, hər biriylə matçlarda yaxşı nəticələr əldə etmək olar”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC