Milli komandamız Çimkənddə təlim-məşq toplanışına start verdi

Yunan-Roma güləşi üzrə gənclərdən (U-20) ibarət millimiz Qazaxıstana yollanıb.

Presssport.az xəbər verir ki, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.

Milli komandamız hazırlıq prosesini başa vurduqdan sonra 11-13 martda Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC