Xabi Alonso gələcəyi ilə bağlı xəbərləri şərh edib

"Liverpul" rəsmiləri "Bayer"in baş məşqçisi Xabi Alonsonun nümayəndələri ilə əlaqə saxlayıb.
Presssport.az xəbər verir ki, onlar 43 yaşlı ispaniyalı mütəxəssisi Premyer Liqa klubuna baş məşqçi olmağa razı salmaq istəyib.

Alonso da öz növbəsində gələcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. O, bütün fikrini hazırkı komandasına yönəltdiyini söyləyib: "Bavariya", "Liverpul"? Yeni nəsə deyə bilmərəm. İndi "Bayer"in  baş məşqçisiyəm və bu dəqiqdi. "Bavariya"dan zəng? Bu yalnız fərziyyədi, deməyə sözüm yoxdu".

Bu yerdə bildirək ki, almaniyalı baş məşqçilərin - Yurgen Kloppun mövsümün sonunda "Liverpul"dan, Tomas Tuxelin “Bavariya”dan gedəcəyi dəqqidi. Alonsonun hər iki klubda əsas namizəd kimi nəzərdən keçirildiyi bildirilir.

Xatırladaq ki, Alonso 2022-ci ilin oktyabrından Leverkuzen klubuna rəhbərlik edir və 22 turdan sonra 58 xalla Bundesliqada liderdirlər. İspaniyalı keçmiş yarımmüdafiəçi 2004-09-cu illərdə "Liverpul"da futbolçu kimi çıxış edərək Çempionlar Liqasının qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC