"Əlbəttə ki, ilk buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü əldən itirdik. Amma buna baxmayaraq, ruhdan düşmədik. Güclü komandamız var - həm fiziki, həm emosional cəhətdən. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun ki, istədiyimiz nəticə əldə edə bildik”
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı qolkiper baş məşqçiləri Qurban Qurbanovun əlavə vaxta hazırlaşanda nə taprşırmaları haqda bunu söyləyib: “Eşitməmişəm, çünki səsi artıq batmışdı. Mən isə bir az uzaqda olduğuma bunu uşaqlardan soruşmaq lazımdı. Başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Amma bu futboldu. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bu bizdə alındı”.
Lunyov azarkeşlərə də təşəkkür edib: “Onlara dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq stadiona gəldilə, bizə dəstək oldular. Biz isə bunu qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdi. Sadəcə, azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar”.
Andrey Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna təsirindən də danışıb: “Bunun nə qədər təsir etdiyini demək çətindi. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. Bu vaxt daha da rahat olardıq. Amma bu, futboldur. Təəssüf ki, belə hallar olur. Hansısa diqqətisizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər. Yaxşı dözə bildik. Hamı yaxşı oynadı, çox sağ olsunlar”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC