Əliyar Ağayev Bolqarıstanda 6 sarı vərəqə göstərdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Servett" (İsveçrə) oyununu idarə edib.

Presssport.az xəbər verir ki, ötən gün keçirilən görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. İlk matç qolsuz bərabərliklə yekunlaşmışdı.

Əliyar bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.

Xatırladaq ki, Ağayevə bu görüşdə FİFA hakim-köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli yardım ediblər. Dördüncü hakim funksiyasını isə yeni FİFA referisi Kamal Umudlu yerinə yetirib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC