Mahir Emrelinin komandasının Konfrans Liqasında növbəti rəqibi bəlli oldu

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Fənərbaxça"nın da rəqibi bəlli olub.

Belə ki, Türkiyə təmsilçisi bu mərhələdə “Union”la (Belçika) üz-üzə gələcək. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) isə PAOK-la (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın ilk matçları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Konfrans Liqası

1/8 final mərhələsi

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) - “Brügge” (Belçika)

“Union” (Belçika) - “Fənərbaxça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) - “Lill” (Fransa)

“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC