"Bayer"in baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasınə şərh edərkən, “Qarabağ” haqda da fikirlərini bildirib.
Presssport.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan klub rəsmisi Avropa Liqasının qrupundan tanıdıqları Azərbaycan çempionuna qarşı ciddi yanaşmaq lazım gəldiyini vurğulayıb:
“Qət edəcəyimiz uzun yol var. Lakin 1/8 finalı səbirsizliklə gözləyirik. ”Qarabağ” və onun rəhbərliyi ilə yaxın, yaxşı münasibətimiz var. “Braqa”ya qarşı yaxşı pley-off oyunları keçirdilər. Bu komandaya ciddi yanaşmalı və həmişəki kimi diqqətli olmalıyıq".
Qeyd edək ki, “Qarabağ” və “Bayer” arasındakı matçlar martın 7-i və 14-də keçiriləcək. İlk görüş Bakıda olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC