"Düşünürlər ki, baş məşqçi getsə, hər şey düzələcək, yapışıb qalmamışam..." - Baxşıyev

"Oyuna yaxşı hazırlaşmışdıq. Komanda istəkli idi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Çox danışmaq istəmirəm".

Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 24-cü turunun "Kəpəz"lə (2:1) oyunundan sonra mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Klub rərbərliyi ilə iclas keçirirdiz?

- Xeyr, komanda ilə danışırdıq. Tövsiyyələrimizi verirdik, komandanı növbəti oyuna kökləyirdik.

- Oyunun qırılma nöqtəsi hansı epizod oldu?

- Hər şey biz istədiyimiz kimi deyil. Oyunun qırılma nöqtəsi başqa detaldır. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə qarşı fərqli qərar verirlər.

- İlk dəfədir ki, Qəbələdə istefa şüarları səsləndirilir…

- Azarkeşləri də başa düşürük. Onlar komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məşqçi getsə, hər şey düzələcək. Və yapışıb qalmamışam, mənə inanan insan var. O nə vaxt yolları ayıracaqlarsa, mən də gedəcəyəm.

- Emil Səfərovun zəif oyununun səbəbi nə idi? Həyəcanla bağlı ola bilər?

- Emil artıq gənclik mərhələsini keçib. Millinin futbolçusu həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma səbəb həyəcan deyildi. Zəif oynadı, toparlanmalıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC