"Fənərbaxça" "Qarabağ"ın futbolçusu Olavio Juninyo ilə maraqlanır.
Presssport.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisinin skautları Azərbaycana yollanıb. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"yla cavab matçında stadiondan 27 yaşlı braziliyalı hücumçunu izləyiblər. "Fənərbaxça"nın Juninyo üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Xatırladaq ki, Olavio 2023-cü ilin yayından "Qarabağ"da oynayır. Premyer Liqamızın bombardirinin ağdamlılarla müqaviləsi 2026-cı ilin yayınadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC