Azərbaycan Premyer Liqasında XXIV turun oyunları bir dəqiqəlik sükutla başlayır.
Presssport.az xəbər verir ki, bu, 26 fevral Xocalı soyqırımının ildönümü ilə bağlıdı.
Bu gün Tovuz şəhər stadionunda “Düyərli faciəsi”nin ildönümü də yad olundu.
Belə ki, 1946-cı il fevralın 24-də Tovuzun “Turan” klubunun futbolçularını daşıyan avtobus Şəmkir rayonundan oyundan qayıdarkən Düyərli kəndində qəzaya uğrayıb. Hadisə nəticəsində klubun bir çox futbolçusu həlak olub. Bu olay Azərbaycan futbolu tarixinə “Düyərli faciəsi” kimi düşüb.
Xatırladaq ki, “Turan Tovuz” bu tur "Neftçi"ni qəbul edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC