"Səbail" bizi əks-hücumlarda tutdu" - "Sabah"ın məşqçisi

"Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, "Səbail"də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. "Səbail" çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu".

Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Ruslan Qafitullin deyib.

O, Premyer Liqanın 24-cü turunun "Səbail"lə görüşündən sonra jurnalistlərin suallarını da cavablandırıb.

- Baş məşqçi nə vaxt təyin olunacaq?

- Hələ ki, məlumatımız yoxdur.

- Komandanın kapitanı Elvin Camalovun performansı çox aşağıdır…

- Elvin elə oyunçudur ki, həmişə çalışır, özünə yaxşı baxır, bütün matçlara yaxşı motivasiya ilə çıxır. Meydançanın da təsiri var idi. Çox şey göstərə bilmədik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC