"İqor Ponomoryovun bu gün doğum günüdür, onu təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər cür nəticə ola bilərdi. "Sabah" yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdirlər. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün "Səbail" kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin “hədiyyə”sindən sonra 2:2 olmuşdu. Bu gün həmin “hədiyyə”lər olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram".
Presssport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 24-cü turunun "Sabah"la görüşündən sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Verilməyən penalti epizodunuz var idi. Təkrara baxdınız?
- İkitərəfli idi. Həm verə bilərdi, həm də verməyə. Baş hakim belə qərar verdi və hörmətlə yanaşıram.
- Ağabala Ramazanovun durumu necədir?
- Fərdi şəkildə sağlamlıq idmanı ilə məşğuldur. Peşəkar idmanla yox. Özünü bərpa etdikdən sonra martda məşqlərə qayıda biləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC