Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qapıçısı Andrey Lunyovun uğurlu çıxışından danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis 33 yaşlı qolkiperin “Braqa” ilı görüşdəki performansını dəyərləndirib:
“Matçdan sonra Andreylə danışdıq və onu təbrik etdim. Onlar Azərbaycan üçün böyük iş gördülər. Avropa Liqasının 1/8 final mərhələsi yerli komanda üçün böyük uğurdur. "Braqa"nı keçmək çox çətin idi, amma "Qarabağ"ın futbolçuları əla oynadı. Lunyov “seyv”ləri ilə növbəti mərhələyə adlamaq yolunda “Qarabağ”a böyük töhfə verdi. Andreyi “Ufa”dakı karyerasının əvvəlindən tanıyıram. Ola bilsin ki, razılaşmasın, amma məncə, bu, onun karyerasının ən yaxşı dövrüdü".
Kafanovun fikrincə, Lunyovu digər rusiyalı qapıçılarla müqayisə etmək düzgün olmazdı: "Çünki avrokuboklarda çıxış etmirik. O, Avropa Liqasının simvolik komandasına daxil edildi ki, bu da yaxşı haldır. Xaricdəki qapıçılarımız arasında Andrey Lunyov ən güclüsüdür".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC