Lunyov martda Rusiya millisinin oyunlarına çağırıla bilər

Qarabağ"ın qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə çağırıla bilər.

Presssport.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov öz ölkəsinin açıqlamasında deyib. O, 32 yaşlı qolkiperin "Qarabağ"da çox inamlı çıxış etdiyini,

əvvəlki klubu “Bayer"də isə iki il ərzində futbola və oyun praktikasına ac qaldığını söyləyib: "Qarabağ"dakı ilk oyundan bu günə kimi inanılmaz motivasiya göstərir. Bu müddət ərzində yüksək səviyyədə oynayıb, komandanın Avropa yarışlarında daha da irəliləməsində pay sahibi olub, çempionatda da “Qarabağ”ın çoxlu xal qazanmağa kömək edib. Andrey noyabrda Kuba ilə oyundan əvvəl təlim-məşq toplanışı üçün siyahıda idi. Lakin oyundan iki həftə əvvəl zədələndi. Lunyov martdakı təlim-məşq toplanışı üçün milliyə çağırıla bilər”. 

Bu yerdə bildirək ki, Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək.

Lunyov 2017-18-ci illərdə Rusiya millisinə çağırılaraq 7 oyunda 14 qol buraxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC