“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.
Presssport.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisinin yubiley matçı Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
Turan “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/19 mövsümünə təsadüf edən Manafovun ilk klubu “Sumqayıt” olub.
Turan “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC