Bağırovun 0:3-ə şərhi: "Zirə" bizim üçün böyük ölçüdə çətinlik yaratmadı"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransına oyunu dəyərləndirməklə başlayıb. 

- "Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-cı dəqiqədən sonra oyundan düşdük və uduzduq. Toparlanıb qarşıdakı oyunlara köklənmək və bu matçı unutmaq lazımdı.

- Matçın qırılma anı penalti qərarının dəyişdirilməsi oldu?

- Son dönəmlərdə əleyhimizə, leyhimizə o qədər qərarlar görürük ki... Çoxu da əleyhimizə olur. Ofsayd xəttini necə çəkirlər... Ondan qabaq da qol epizodlarımız oldu. Qol vursaydıq, tam başqa cür olardı. Belə oyunları uduzanda təsir edir. Çünki ilk yarıda istədiyimizi edirdik. 

- "Zirə" son 10 oyunda qələbə qazanmamışdı, 9 oyundur qol vura bilmirdi. Daha aqressiv olacaqları gözlənilirdi. Bunu nəzərə almışdınız?

- Əlbəttə. "Neftçi" ilə oyunlarını da izləmişdik. Hər üç qol epizodunu da özümüz verdik. İki qol da "rikoşet"dən sonra vuruldu. Özümüz özümüzə qol epizodları yaratdıq. Səhvlərimizdən istifadə etdilər. "Zirə" bizim üçün böyük ölçüdə çətinlik yaratmadı. 60-cı dəqiqədən sonra demək olar ki, uşaqlar “sındılar”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC