"Lunyov artıq Avropa Liqasının qrup mərhələsində "Bayer"ə qarşı oynayıb. Aydındı ki, bu komanda “Qarabağ”dan qat-qat güclüdü və mərhələni keçəcək".
Presssport.az xəbər verir ki, bu fikirləri “Bayer”in və Rusiya milli komandasının sabiq hücumçusu Dmitri Bulıkin deyib.
O, "Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun Leverkuzen klubu ilə Avropa Liqasının 1/8 final mərhələsinin matçlarında yüksək motivasiyada olacağı barədə fikirlər səsləndirib: "Andrey üçün keçmiş komanda yoldaşlarını görmək, söhbət etmək və onlara Almaniya çempionatında uğurlar arzulamaq maraqlı olacaq. Təbii ki, o, "Bayer"lə matçlarda mümkün qədər yaxşı oynamağa çalışacaq. Lunyovda yüksək motivasiyada olacaq. Sözsüz, ona uğurlar arzulayırıq ki, yaxşı çıxış etsin. Amma bu cütlükdə 100 faiz “Bayer” 1/4 finala yüksələcək".
Xatırladaq ki, 45 yaşlı Bulıkin 2007-08-ci illərdə “Bayer”də (19 oyun 5 qol) çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC