“Səbail”in futbolçusu Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Presssport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
Adil “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev həmin vaxt “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.
Qeyd edək ki, Adil ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC