“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə rəqib olmalarına sevinir.
Presssport.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov açıqlayıb.
O, püşkatmadan əvvəl gənc həmkarıyla bu barədə söhbətləşdiyini vurğulayıb: “Həmin vaxt mənə dedi ki, yenidən “Bayer”ə qarşı oynamaq istəyir. Düzdür, bu cütdə şansları azdı. Lakin futbolda hər hansı bir komanda istənilən rəqibi məğlub edə bilər. Onlar turnirin qrup mərhələsində qarşılaşmışdılar. Yəqin ki, “Qarabağ”ın məşqçiləri bəzi qeydlərini götürüblər”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə 14-də Leverkuzendə keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC