"Antalyada hər şey ürəyimizcə oldu" - Samir Abasov

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Özbəkistan “Soqdiana” klubu ilə keçirilən yoxlama oyunu və təlim-məşq toplanışı barədə fikirlərini bildirib. Presssport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında plana uyğun olaraq Antalyada son yoxlama oyununu keçirdiklərini söyləyib: "Hava şəraitinə görə oyunun təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq. Bu gün bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridi. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldı. Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah Vətənə yola düşürük. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var”. Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Hermanştadt”a 0:3 hesabı ilə uduzub, ikinci oyunda Özbəkistan təmsilçisi “Soqdiana”ya qalib gəlib - 3:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC