Heydər Əliyev Kuboku çərçivəsində “Şahdağ” Turizm Mərkəzində 3 müxtəlif yaş kateqoriyası üzrə uşaqlar arasında həvəskar xizək yarışı təşkil edilib.
Presssport.az xəbər verir ki, tədbirdə 6 ölkədən 70-ə yaxın uşaq birincilik uğrunda mübarizə aparıb.
Yekun nəticələrə görə 6-8 yaşlı qızlar arasında Rozalia Dubentsova (Azərbaycan), oğlanlar arasında Mixayıl Filipov (Rusiya Federasiyası), 9-12 yaşlı qızlar arasında Aleksandra Kuskina (Rusiya Federasiyası), oğlanlar arasında Kiril Kostin (Rusiya Federasiyası), 13-17 yaşlı qızlar arasında Nurel Hacıbəyli (Azərbaycan), oğlanlar arasında Panke Carl-Leo (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC