Yeniyetmə qılıncoynadanlarımız İtaliyanın Neapol şəhərində keçirilən Avropa birinciliyində çıxışını başa vurub.
Presssport.az xəbər verir ki, Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Ukrayna millisinə 41:45 hesabı ilə uduzub.
Şəxsi yarışda ən yaxşı göstərici 16-lığa kimi irəliləməyi bacaran Timur Husnaddinova məxsusdur.
Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Bayramova və Xatun Bayramovadan ibarət yeniyetmə qız şpaqaçılarımız isə ilk görüşdə Serbiya yığmasına 45:32 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçmə kollektivinə eyni hesabla uduzub. Şəxsi yarışda ən yaxşı nəticəni ən güclü 16-lıq uğrunda keçirilən görüşdə turnirin italyan yarımfinalçısı Silvia Qomezə 12:15 hesabı ilə məğlub olan Xədicə Həsənli göstərib.
Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaçılarımız komanda yarışında İsveç yığmasına 38:45 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC