Milli komandamızın UEFA Millətlər Liqasında rəqibi olan İsveç yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Presssport.az xəbər verir ki, İsveç Futbol Federasiyasının rəsmi saytı bu vəzifəyə Yon-Dal Tomasson təyin olunduğunu açıqlayıb.
Futbolçu karyerası dövründə “Milan”da çıxışıyla tanınan 48 yaşlı danimarkalı mütəxəssisin müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədər nəzərdə tutulub. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik daha 2 il müddətinə uzadılacaq.
Onu da bildirək ki, Tomassson bunadək İsveçdə çalışaraq 2020-21-ci illərdə bu ölkədə "Malmö" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Danimarkalı mütəxəssis 2022-ci ildən fevralın əvvəlinə kimi Çempionşipdən "Blekbern"in baş məşqçisi idi.
Xatırladaq ki, İsveç millisinin əvvəlki baş məşqçisi olan Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsindən sonra bu vəzifədən gedib. 61 yaşlı isveçli mütəxəssisin son matçı Bakıda yığmamıza 0:3 hesablı məğlubiyyət olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC