Millimizin futbolçusu Musa Qurbanlı “Yurqorden”də növbəti qolunu vurub.
Presssport.az xəbər verir ki, gənc hücumçumuz sözügedən klubun U-21 komandasının heyətində oyuna çıxaraq fərqlənib.
Bu, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüş olub. Əsas komandanın daha bir neçə üzvünün oyun təcrübəsi toplamaq iştirak etdiyi bu kubok qarşılaşması “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı penaltidən komandasının ilk qolunun müəllifi olub. Forvard sarı vərəqə ilə də cəzalandırılıb.
Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Höteborq”la keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC