SSRİ yığmasının sabiq qapıçısı Anzor Kavazaşvili Bayer"dən "Qarabağ"a keçmək qərarı vermiş Andrey Lunyovun seçiminə münasibət bildirib.
Pressssport.az xəbər verir ki, 83 yaşlı veteran qolkiper Ağdam klubundakı gənc həmkarı haqda xoş sözlər deyib: "Düzünü desəm, Lunyov "Bayer"dən ayrılanda fikirləşdim ki, digər qapıçılar ona təzyiq göstərirlər və o, futbolun çox inkişaf etmədiyi yerə getməyə qərar verdi. Amma indi Andrey ən yaxşı kimi tanınır. O, göstərdi ki, Sovet qapıçı məktəbi yoxa çıxmayıb".
Xatırladaq ki, Kavazaşvili Tiflis “Dinamo”su, “Zenit”, Moskvanın “Torpedo və “Spartak" klublarında çıxış edib. O, Çad və Qvineya millilərində baş məşqçi kimi fəaliyyət göstərib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC