Qurban Qurbanovun ən yaxın izləyicisi dayandı, sabiq kapitanı...

“Qəbələ”dən Elmar Baxşıyevin gedişiylə cari çempionatda 4-cü baş məşqçi istefası reallaşıb. Bunadək “Kəpəz”dən Azər Məmmədovun, “Neftçi"də rumıniyalı Adrian Mutunun, ”Sabah"da rusiyalı Murad Musayevin ayrılığı baş vermişdi. 

Presssport.az-ın araşdırmasına görə, Premyer Liqamızın hazırkı baş məşqçiləri arasında fəaliyyət müddətinə görə mütləq rekordçu olan Qurban Qurbanovun ən yaxın izləyicisinin seriyası qırılıb. Belə ki, "Qarabağ"ı 16-cı mövsümdü fasiləsiz çalışdıran Qurbanovdan sonra ən uzunmüddətli 2-ci baş məşqçi olan 44 yaşlı Baxşıyev dayanıb. O, 2019/20 mövsümünün avqustundan əsas komandanı çalışdırırdı.

52 yaşlı Qurbanovun indi ən yaxın izləyicisi sabiq futbolçusu və kapitanı Rəşad Sadıqov olub. Belə ki, 42 yaşlı adıçəkilən mütəxəssis 2020-ci ilin yayında keçdiyi “Zirə”nin ardıcıl 4-cü mövsümdü baş məşqçisidi. 

Xatırladaq ki, Baxşıyev futbolçu karyerasını bitirdiyi “Qəbələ”də məşqçi fəaliyyətinə 2015-ci ilin iyununda əvəzedici komandada başlayaraq 2017-ci ilin iyulunda baş məşqçi postuna keçib. O, 2018-ci ildən əsas komandada çalışaraq məşqçi kimi işə başlayıb. Baxşıyev “Qəbələ”nin baş məşqçisi kimi 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevlə Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC