Tsxadadze-Qurbanov duellərindən Tsxadadzenin Qəbələyə son səfərinədək

Kaxaber Tsxadadzenin yeni baş məşqçisi olduğu “Qəbələ”də debütü bu gün “Qarabağ”la ev matçıyla olacaq.

Presssport.az xəbər verir ki, 56 yaşlı gürcü mütəxəssis Premyer Liqamızda son 10-11 ilin hegemonuna qarşı bunadək 2 klubumuzla rəqib olub.

Bu, əvvəl Bakının “Standard”, sonra “İnter” klubuyla olub. O, 2008-ci ildə çalışdırdığı “Standard”la “siftə”sində Qurban Qurbanovun komandasına səfərdə 0:1 uduzub, sonrakı mövsümdə evdə 2:1 qalib gəlib.

Tsxadadzeli “İnter” “Qarabağ”la isə Premyer Liqada 24 dəfə görüşüb. Balansda aşkar üstünlük ağdamlıların xeyrinədi - 11 qələbə, 10 heç-heçə, 3 məğlubiyyət. 

Maraqlısı odur ki,  Tsxaxadze Qurbanovla ilk və son duelində evdə eyni hesabla qalib gəlib - 2:1.

Gürcü mütəxəssis “İnter”də 6 mövsüm - 2009-15-ci illərdə işləyib. “Qarabağ” Qurbanovla ilk çempionluqlarını qazandığı 2013/14 və 2014/15 mövsümlərində “İnter” əsas rəqibi olaraq sonda gümüş medalçı olub.

Tsxadadzenin Qəbələyə son səfəri isə 2014/15 mövsümünün XXXIV turunda olub. Onda “İnter” “Qəbələ”ylə onun meydanında görüşdə 1:1 hesablı bərabərliyı qalıb. Maraqlıdı ki, “bankirlər”i məğlubiyyətdən xilas edən qolun müəllifi, hazırda “Qəbələ”nin kapitanı olan Asif Məmmədov olub. Yarımmüdafiəçi 27-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC