Araz Abdullayev Qazaxıstan Premyer Liqa klubuna keçdi

Millimizin sabiq futbolçusu karyerasını Araz Abdullayev Qazaxıstanda davam etdirəcək.

Presssport.az xəbər verir ki, 32 yaşlı cinah yarımmüdafiəçisi bu ölkənin "Jenis" klubu ilə anlaşıb.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 Futbol agenti Vaqif Heydərli həmin ölkənin mətbuatına açıqlamasında keçid haqda danışıb: "Bəli, Araz Abdullayev bir müddət əvvəl “Jenis”lə müqavilə imzalayıb. O, son illərdə təəssüf ki, heç vaxt öz potensialına çata bilməyən ən istedadlı azərbaycanlı futbolçu olub. Qazaxıstan klubu onunla müqavilə imzaladığını niyə elan etmir? Yalnız təxmin edə bilərəm. Məsələ burasındadır ki, Araz bu yaxınlarda Kosovoda çıxış edib və bu ölkənin klubları həmişə TMS FİFA-da ITC beynəlxalq transfer sertifikatı almaqda problem yaşayırlar. Ola bilsin ki, səbəb budur".

Onu da bildirək ki, Araz bu ilin yanvarından azad agentə çevrilib. Onun son klubu Kosova "Lapi"si olub.

Xatırladaq ki, Qazaxıstan I liqa təmsilçisi olan “Jenis” hazırda 3-cü pillədə gedərər Premyer Liqaya qayıdıb. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC