“Burda kifayət qədər vaxt keçirmişəm. Azərbaycanın ən yaxşı klubunda oynayıram. Böyük nailiyyətlər qazanmaq istəyirəm. Burda yetərincə təzyiq olduğunu hiss edirik"
Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon bu gün keçirilən mətbuat konfransında deyib.
Sent-Martin millisinin formasını geyinən 26 yaşlı cinah yarımmüdafiəçisi ölkəmiz barədə danışıb: "Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sqonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxında Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bir neçəsini dadmışam və bəyənirəm".
Lebon öz çıxışına da toxunub: "Qolların sayı az olsa da, məhsuldar ötürmə çoxdu. Mövsümün sonuna kimi 6 qol vura bilərəm. Formadayam, özümü yaxşı hiss edirəm".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC