Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.
Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC