Juninyonun zədəsi ciddidi? - AÇIQLAMA

Premyer Liqanın 23-cü turunun "Qəbələ" ilə təxirə salınmış səfər matçında (4:0) zədələnən "Qarabağ"ın futbolçusu Juninyo Olavionun durumu bəlli olub.

Klubun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, braziliyalı hücumçunun problemi ciddi deyil.

Belə ki, həkim müayinəsindən sonra Juninyonun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib.

Sabah komandanın istirahət günüdü. Olavio "Neftçi" ilə oyuna qədər müşahidə altında olacaq. "Sambaçı"nın Azərbaycan derbisində oynayıb-oynamayacağı matç günü dəqiqləşəcək.

Xatırladaq ki, ki, "Neftçi" - "Qarabağ" qarşılaşması martın 3-də keçiriləcək. Ağdam təmsilçisi bundan 4 gün sonra Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Bayer"lə qarşılaşacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC