Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan, icarə əsasında “Sabah”ın formasını geyinən legioner Kahim Parris Azərbaycan təmsilçisindən ayrılmağa yaxındı.
Pressport.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı yamaykalı cinah yarımmüdafiəçisinin xidmətində Təl-Əviv “Makkabi”si maraqlıdı. İsraillilərin yaxın vaxtlarda "Dinamo" ilə danışıqlara başlayacaqlarını və futbolçunun cari mövsümün sonunda keçə biləcəyini vurğulanıb. Kahimin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Xatırladaq ki, Parris bu mövsüm “Sabah”da 21 matç keçirərək 2 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC