Şükürov "Mehdi Hüseynzadə"yə valeh olub: "Oyuna azarkeşlər gələrlər, görüntü daha da möhtəşəm olar"

“Komandamızın bu həftəboyu hazırlığı pis keçmədi. Məşqlərimiz plan üzrə yaxşı oldu. Çalışırıq ki, hamının perfomanasını bu oyuna yaxşı şəkildə çatdıraq. İnşallah, komanda şəklində oyuna hazırıq”. 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Premyer Liqanın XXV turunun açılış matçında bu gün “Sumqayır”ın qonağı olacaq gəncəlilər oyunöncəsi son məşqini “Kapital Bank Arena”da keçib. Şükürov oynayacaqları, tam yenilənərək bu il istifadəyə verilən Mehdi Hüseynzadə adına şəhər stadionuna da baş çəkdiklərini diqqətimizə çatdırıb: “Futbolçularla birgə arenanı gəzdik. Əvvəlki durumuyla bugünkü arasında çox böyük fərq var - möhtəşəm, çox gözəldi! İnşallah, oyuna da yəqin, azarkeşlər gələrlər, görüntü daha da möhtəşəm olar. ”Mehdi Hüseynzadə"nın köhnə vaxtlarında futbol oynamışam, amma məşqçi kimi ora çıxmamışam. “Zirə”də işlədiyim vaxtda “Sumqayıt” bu stadionda oynamırdı. Bu, məndə ilk dəfə olacaq".

PRO kateqoriyalı 47 yaşlı mütəxəssis rəqibi belə dəyərləndirib: "Sumqayıt" turnir cədvəlində ilk "3-lük"də gedir. Bu, onun gücü, futbolçuları barəsində hər bir şeyi deyir".

Xatırladaq ki, Şükürov “Kəpəz"ə gələndən sonra “Sumqayıt”la qarşılaşmağa imkan taparaq Tovuzdakı ev matçında 1:1 hesablı bərabərliyə qalıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC