Azərbaycan Premyer Liqasının XXV turunu 5 futbolçu cəza üzündən buraxacaq.
Presssport.az xəbər verir ki, ən çox problem açılış matçının iştirakçısı olacaq "Sumqayıt"dadı.
Belə ki, bu gün “Kəpəz”i qəbul edəcək “gənclik şəhəri” təmsilçisində iki müdafiəçi - Elvin Bədəlovla Abu Dosso vərəqə limitini aşdıqlarına görə heyətdə olmayacaq. Hər ikisinin passivində 4 sarı vərəqə var.
“Səbail”lə “Qəbələ” də müdafiəçilər - müvafiq olaraq Adil Nağıyevlə Qismət Alıyev bu üzdən cəzalı vəziyyətdədi. Sadəcə, Adil bu çempionatda 4-cü, Qismət 8-ci “sarı”nın cəzasını çəkəcək. Komandalarının kapitanları olan bu arxa xətt oyunçularından Alıyev “Turan Tovuz”la ev, Nağıyev “Qəbələ”ylə səfər matçını buraxacaq.
“Qəbələ”də də cəzalı futbolçu var. Bu, “Qarabağ”la bu həftəiçi təxirə salınmış Qəbələdəki görüşdə birbaşa qırmızı vərəqə alan israilli yarımmüdafiəçi Feras Abu Akaldı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC