"Kəpəz"in hücumçusu "Sumqayıt"a qarşı oynamayacaq - digər futbolçusunda isə ağrılar şiddətlənib

“Kəpəz”in futbolçusu Cavad Kərimov zədələnib.

Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Adil Şükürov gənc hücumçunun əvəzedici heyətin oyununda bu problemlə üzəşdiyini söyləyib: “Cavad arxa bud əzələsini zədələyib. Bu üzdən "Sumqayıt"la qarşıdakı oyunda heyətdə olmayacaq. Zədəsi ciddi deyil. Komandayla məşqlərə başlamışdı, amma istəmədik yenidən oyunda tam yüklənsin. Buna görə bir az istirahət verməyi məqsədəuyğun saydıq ki, özünü tam toparlasın".

Şükürovun sözlərinə görə, sağ cinah müdafiəçisi Ehtiran Şahverdiyevin isə belində ağrılar var: “Bu, "Qəbələ”ylə oyundan əvvəl də vardı. Sadəcə, bu aralar ağrıları bir az şiddətli olduğu üçün oynadıb-oynamtamağı fikirləşirik. Buna görə həkimlərin yekun qərarını gözləyirik".

Xatırladaq ki, “Sumqayıt” - “Kəpəz” matçı bu gün saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC