"Spartak"ın sabiq qapıçısı Anzor Kavazaşvili “Qarabağ”ın qolkiperi Andrey Lunyovun Rusiya yığmasına dəvət edilməsi ilə bağlı fikrini bildirib.
Presssport.az xəbər verir ki, 83 yaşlı veteran futbolçu Ağdam klubunun qolkiperinin yaşlı olduğunu söyləyib: "Yaşlı futbolçuların milliyə dəvət olunmasının qəti əleyhinəyəm. Üç-dörd ildən sonra nəhayət ki, müxtəlif beynəlxalq yarışlarda iştirak etməyə icazə alacağıq. Ona qədər isə gənclərdən ibarət komanda yaratmalıyıq. Hazır, keyfiyyətli əsas komandamız olmalıdır. 32 yaşlı Lunyov nəyimizə lazımdır? Baxmayaraq ki, avropalı mütəxəssislər onun Avropa Liqasında bacarıqlı qapıçı olduğunu bildiriblər.Lunyovun əvəzinə heyətdə iki ildən sonra əla oynayacaq və Safonovla rəqabət aparacaq gənc, gümrah qapıçıları görmək istəyərdim. Necə ki, bunu Sovet vaxtında bizim qolkiperlərimiz Lev Yaşinlə birlikdə ediblər".
Xatırladaq ki, Andrey 6 illik fasilədən sonra bu gün Rusiya millisinə çağırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC