"Sumqayıt" Premyer Liqanın XXV turunda doğma meydanda "Kəpəz"ə 1:3 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına oyunu dəyərləndirməklə başlayıb.
- Rəqibi təbrik edirəm. Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məhdudiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq.
- Heyəti gücləndirmək istiqamətində addımlar atılacaq?
- Bir Cordan Rezabalanı transfer etmişik. Transfer məsələsində ciddi hərəkət etməlisən. Cordan son matçını dekabrda oynayıb, 2 aydır futbolsuz qalıb. Məcburuq ki, çempionat oyunları ilə onu formaya salaq. Ehtiyat oyunçular skamyasının kasad olmağı bizə problem yaradacaq. Artıq bununla barışmalıyıq.
- Tribunalar boş idi. Sumqayıt sakinlərini stadiona necə cəlb etmək olar?
- Bu, bizim futbolun problemidi, şəhərlərə bölməyək. Amma bir az sərt olacam. Həmişəki kimi kimlərinsə xoşuna gəlməyəcək. Fan-klubumuza təşəkkür edirəm. Deyəcəklərimin onlara aidiyyatı yoxdu. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, niyə "Kəpəz"ə uduzdun. Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdı. Açılış matçında stadion dolu idi. Deməli, bura futbolçulara, komandaya görə yox, müğənnilərə, Hissə görə gəlmisən. Get, otur evində bax! Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər, stadionu doldursunlar. Açılış oyununda dəstəklərini göstərdilər. Gəlməyəcəklərsə, onlara görə uduzmayacağıq, özümüzə görə oynayırıq. Dünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, vaxt uyğun olsun. Oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdu. Bunu bir sumqayıtlı kimi deyirəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC