Tahir Gözəl: "Bu film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidi"

“Qarabağ” haqda çəkilmiş film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidi. Möhtəşəm alınıb. Belə əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harda var? Heç yerdə! Bombalar altından Avropanın fəthinə. Qarabağ hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilmiş torpaqlar, yeni yaradılmış ölkə və möhtəşəm zəfərlər".

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filmi haqqında danışarkən deyib.

Klub rəhbəri bəyan edib ki, "Qarabağ" ölkəyə, ölkə də "Qarabağ"a ilham verir: "Hamısının başında cənab İlham Əliyev dayanıb. "Qarabağ"ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın göstərilib. Bu film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidi. Möhtəşəm əsərdir. Futbol tarixinə, film dünyasına hədiyyədir. Bu, olmaya bilərdi. Amma "Qarabağ"ın, Azərbaycanın yenilməz ruhunu əbədiləşdirdiniz. Artıq "Qarabağ"a gələcək yeni futbolçulara bu filmi göstərəcəyik".

Onu da bildirək ki, Tahir Gözəl çıxışından sonra Arzu Əliyevaya “Qarabağ”ın formasını xatirə hədiyyəsi edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC