Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.
Presssport.az xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər.
Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.
Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək.
ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.
Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC